Astarada 5 yaşlı uşağı maşın vuraraq öldürüb - FOTO

Astarada 5 yaşlı uşağı maşın vuraraq öldürüb - FOTO
  • Astara / Hadisə

  • Astarada azyaşlının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    Asiya.az-ın verdiyi məlumata görə hadisə Astara rayonun Qamışoba kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ-2106" 90 - EZ - 171 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili, yolu keçib anasına tərəf getmək istəyən, Cəlilabad rayonunun Çəmənli kənd sakini 5 yaşlı F.Yadigar qızı Nəzərovanı vurub. Sürücü özü uşağı Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırmaq istəsə də, azyaşlı yolda keçinib. 

    Meyit aidiyyəti  üzrə təhvil verilib.

    Qeyd edək ki, ailə iki azyaşlı uşağı bir aydır ki, işləmək üçün Cəlilabad rayonundan Astara rayonuna gəliblər.
    Hadisəni törədən sürücü özü polisə təslim olub.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər