Cəlilabadda avtomobil 80 yaşlı piyadanı vuraraq öldürüb

Cəlilabadda avtomobil 80 yaşlı piyadanı vuraraq öldürüb
  • Cəlilabad / Sosial

  • Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

    APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad şəhərinin Qurtuluş prospektində qeydə alınıb.

    Hərəkətdə olan avtomobil, piyada 1943-cü il təvəllüdlü Yaqub Əliyevi vurub. Y.Əliyev ağır vəziyyətdə Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, 80 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər