Lerikdə tapılan meyitin şəxsiyyəti məlum olub

Lerikdə tapılan meyitin şəxsiyyəti məlum olub
  • Lerik / Sosial

  • Lerik rayonunda tapılan kişi meyitinin şəxsiyyəti məlum olub.

    Asiya.az-ın məlumatına görə meyiti tapılan şəxs Lerik rayon sakini 1964 - cü il təvəllüdlü Fəxrəddin Məmməd oğlu Orucovdur.

    Məlumata görə Fəxrəddin Orucov dünən səhər alış - veriş etmək üçün Piran kəndinə gedib. Axşam evə qayıdanda maşın kənarda saxlayıb və F.Orucov etdiyi alış - verişlə piyada evə getməli olub. Evinə 700 - 800 metr qalmış, bilinməyən səbəblərdən (ayağı sürüşmə ehtimalı var) təqribən 4 - 5 metr hündürlükdən aşağı yuvarlanıb. 
    Bu səhər Lənkərana gələn maşınlar yolda sumkalar görüblər. Maşını saxlayıb ətrafa baxanda  F.Orucovun donmuş vəziyyətdə meyitini aşkar ediblər və aidiyyəti üzrə məlumat veriblər. 
    Qeyd edək ki, meyit aşkar olunan Veri - Əliabad kəndi istiqamətində 40 - 50 sm kimi qar var. Gecələr havanın temperaturu aşağı olduğundan yollar buz bağlayır.
    PAYLAŞ:

    Oxşar xəbərlər