Fasiləli oruc və Alzheimer arasında TƏƏCCÜBLÜ ƏLAQƏ

Fasiləli oruc və Alzheimer arasında TƏƏCCÜBLÜ ƏLAQƏ
  • Maraqlı

  • Aparılan araşdırma fasiləli orucun Alzheimer xəstəliyinin qarşısını ala biləcəyini irəli sürüb.

    Asiya.az xəbər verir ki, İngiltərənin Kembric Universitetinin alimləri fasiləli orucun orqanizmdə iltihabın qarşısını ala biləcəyini göstərən yeni dəlillər əldə ediblər.

    İltihab bədənin infeksiya və ya zədələrə təbii reaksiyasıdır. Bununla belə bədənin heç bir səbəb olmadan iltihablı hüceyrələr istehsal etdiyi xroniki iltihab Alzheimer, Parkinson və 2 tip diabet kimi xəstəliklərlə əlaqələndirilir.

    "Cell Reports” jurnalında dərc olunan yeni araşdırma üçün mütəxəssislər 24 saat ərzində yalnız su içən təxminən 20 nəfəri müayinə ediblər.

    İştirakçılar səhər saat 8-dən əvvəl 500 kalorili səhər yeməyi yeyiblər və sonra 24 saat oruc tutublar. 

    Qan nümunələri orucdan əvvəl 24 saatlıq müddətin sonunda və ertəsi gün səhər yeməyindən sonra yenidən götürülüb.

    Nəticələr enerji saxlayan və hüceyrələr arasında məlumat ötürən araxidon turşusu adlanan lipidin bir günlük sürətli artımını göstərib. Fərdlər yenidən yedikdən sonra araxidon turşusunun səviyyəsi azalıb.

    Laboratoriya testləri göstərib ki, araxidon turşusunun yüksək səviyyələri əsasən Alzheimer və Parkinson xəstəlikləri ilə əlaqəli iltihab hüceyrəsi olan NLRP3 iltihab hüceyrəsinin fəaliyyətini azaldır.
    PAYLAŞ:

    Oxşar xəbərlər