Bu sığorta şirkətləri vətəndaşlarla məhkəmə qarşısında – SİYAHI

Bu sığorta şirkətləri vətəndaşlarla məhkəmə qarşısında – SİYAHI
  • İqtisadiyyat / Araşdırma

  • Müasir dövr əmlak sığortasını tələb edir. Artıq əksər dünya ölkələrində insanlar rahatlıqla ev və avtomobillərini sığortalayır. Əmlakını sığortalamış şəxs arxayındır ki, baş verəcək istənilən hadisə qarşısında əmlakına dəyən zərər ödəniləcək. Çünki sığorta işinin mahiyyəti də məhz bundan ibarətdir. Təəssüf ki, Azərbaycanda belə deyil. Ölkədə kifayət qədər sığorta şirkəti fəaliyyət göstərsə də, hələ kimsə əmlakına, avtomobilinə dəymiş zərəri pul ödədiyi sığorta şirkətinin qarşıladığının şahidi olmayıb. Çünki ölkədəki sığorta şirkətləri büdcəsini sığortaçının ödədiyi vəsait hesabına formalaşdırsa da, ehtiyac yarandığı zaman həmin şəxsə yardım etmir, min bəhanə gətirib sığortaçını borclu çıxarır. Məhz bu səbəbdəndir ki, ölkədə sığorta şirkətlərinin fəaliyyətindən razı qalan yoxdur.

    Tribunainfo.az yazır ki, narazılıq səbəbindən də ay ərzində sığorta şirkətləri dəfələrlə məhkəməyə verilir, onlar haqqında məhkəmədə iddia qaldırılır, mütxəlif ittihamlar irəli sürülür. Bu cür sığorta şirkətlərinə etibar etmək lazım deyil. Çünki bu həmin şığorta şirkətlərinin qeyri-peşəkar fəaliyyətindən, dayanıqsızlığından xəbər verir.
    Apardığımız kiçik araşdırma ilə fevral ayı ərzində ən çox məhkəməyə verilən sığorta şirkətlərinin adlarını müəyyən etmişik. Məhkəmə çəkişləmələrinin sayı ilə birgə ən çox şikayət olunan sığorta şirkətlərinin adlarını təqdim edirik:
    “Atəşgah Sığorta” – 47 məhkəmə
    “Azsığorta” – 45 məhkəmə
    “Atasığorta” – 28 məhkəmə
    “Qala sığorta” – 25 məhkəmə
    “Meqa Sığorta” – 24 məhkəmə
    “Xalq Sığorta” – 16 məhkəmə
    “Bakı Sığorta” – 11 məhkəmə
    “Günay Sığorta” – 6 məhkəmə
    “Azərbaycan Sənaye Sığorta” – 3 məhəkəm
    “Qala Həyat Sığorta” -1 məhkəmə
    “A-Group” – 1 məhkəmə
    PAYLAŞ:

    Oxşar xəbərlər