Kadırov 14 övladını və qohumlarını yüksək vəzifələrə təyin edib

Kadırov 14 övladını və qohumlarını yüksək vəzifələrə təyin edib
  • Siyasət

  • Çeçenistan lideri Ramzan Kadırov 14 övladını və qohumlarının xeyli qismini yüksək vəzifələrə təyin edib.
        
    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, Kadırov bu dəfə 24 yaşlı qızı Kadizat Kadirovanı vitse-prezident təyin edib.
     
    Qərar hökumətin sosial media hesabında elan edilib.

    47 yaşlı Kadırov oktyabr ayında əvvəllər mədəniyyət naziri olmuş 25 yaşlı qızı Ayşatı baş nazirin müavini təyin edib.
     
    Kadırovun böyük oğlu 18 yaşlı Əhməd idman və gənclər nazirinin müavini olub.

    Çeçenistan rəhbərinin kürəkəni kənd təsərrüfatı naziri, qaynı isə nəqliyyat naziridir və o, 27 yaşlı qardaşı oğlu Həmzəti təhlükəsizlik məsələləri üzrə müşaviri edib. 
    PAYLAŞ:

    Oxşar xəbərlər