Astarada 6 yaşlı uşağın ölümü ilə bağlı AÇIQLAMA

Astarada 6 yaşlı uşağın ölümü ilə bağlı AÇIQLAMA
  • Astara / Sosial

  • Astarada 6 yaşlı uşağın ölümü ilə bağlı, rayon mərkəzi xəstəxanası açıqlama verib.

    Astara rayon mərkəzi xəstəxanasının direktoru Oktay Əmənullayev APA - nın cənub bürosuna bildirib ki, xəstə Y.Ə 5 fevral 2024 - cü il saat 10:17 radələrində valideynləri tərəfindən xəstəxanaya gətirilib. "Müvafiq həkimlər tərəfindən xəstə müayinə olunub və ona qızılca diaqnozu qoyulub. Vəziyyəti ağır olmadığına görə ambulator müalicəyə göndərilmişdir. Həkim nəzarətində saxlanılması məsləhət görülmüşdür. 7 fevral tarixində Astara rayon mərkəzi xəstəxanasına müraciət edilib və orada ona bədən hərarəti yuxarı olduğuna görə yardım göstərilib, infuziya da olunub. Vəziyyəti stabilləşəndən sonra evə göndərilib. 8 fevral(bu gün) səhər saatlarında ailə üzvləri tərəfindən təcili yardıma çağırış olunub. Təcili yardım onların evinə gedərkən, yolda həmən xəstənin gətirilməsini görüblər və maşında təcili yardım həkimləri xəstəni müayinə ediblər. Onun həkimə qədərki ölüm faktı qeydə alınıb".
    PAYLAŞ:

    Oxşar xəbərlər