Cəlilabadda dölün ana bətnində ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Cəlilabadda dölün ana bətnində ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA
  • Cəlilabad / Sosial

  • Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Cəlilabad rayonunda dölün ana bətnində ölümü ilə bağlı açıqlama verib.

    Məlumatda qeyd olunub ki, bu gün saat 13:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına daxil olan Cəlilabad rayon sakini 2002-ci il təvəllüdlü pasiyentdə dölün ana bətnində tələf olması halı xəstəxanaya gətirilməmişdən öncə baş verib.

    Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilmiş pasiyentdə (hamilədə) ambulator və USM müayinəsi zamanı dölün tələf olduğu aşkarlanıb və o, təcili yardım vasitəsilə Lənkəran Regional Perinatal Mərkəzinə təxliyə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər