Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib - FOTO

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib - FOTO
  • Manşet / Sosial

  • Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.
    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib.
    Onun sözlərinə görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları ( 9945 manat) təşkil edir. Vüsal Cahangiri qeyd edib ki, ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
    Ziyarət üçün tələb olunan sənədlər aşağıdakılardır:
    1. Ümumvətəndaş pasportu;
    2. Şəxsiyyət vəsiqəsinin surəti;
    3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
    4. Sağlamlıq haqqında arayış.
    QMİ rəsmisi qeyd edib ki, sənədlərin qəbulu 12 fevral 2024-cü il tarixdən etibarən iş günləri ərzində iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər