Astarada müəllim dərs zamanı ölüb

Astarada müəllim dərs zamanı ölüb
  • Astara / Sosial

  • Astara rayonunda tarix müəllimi dərs zamanı dünyasını dəyişib.

    Asiya.az-ın verdiyi məlumata görə bu gün Astara rayonunun Artupa kənd orta məktəbinin tarix müəllimi  Baloğlan İsmayıl oğlu Əliyev ilk dərs zamanı ölüb. Müəllimin dərs zamanı qəflətən halının pisləşdiyi və yüksək təzyiqdən öldüyü bildirilir.
    Qeyd edək ki, Baloğlan Əliyevin 40 ildən çox pedaqoji fəaliyyəti olub. O, Artupa məktəbində müəllim, dərs hissə müdiri və məktəbin direktoru vəzifəsində çalışıb. Astara Təhsil Sektorunun metodisti olan B.Əliyev bu ilin yanvar ayında 65 yaşını qeyd edib və təqaüdə çıxmağa hazırlaşırdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər