Biləsuvarda orta məktəb yandı

Biləsuvarda orta məktəb yandı
  • Hadisə

  • Biləsuvarda orta məktəbdə yanğın olub, şagirdlər və işçilər təxliyyə olunub 

    Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbində yanğın baş verib.

    Bu gün saat 10:45 radələrində məktəb binasının ikinci mərtəbəsində elektrik paylayıcısında qısqapanma nəticəsində baş vermiş yanğın zamanı şagirdlər və işçi heyət məktəbin təxliyyə manqası tərəfindən təxliyyə edilib, yanğına müdaxilə manqası tərəfindən yanğın söndürülüb, FHN-in qaynar xəttinə  məlumat verilib. Qeyd olunub ki, baş vermiş yanğın zamanı heç bir xəsərat alan olmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər