Astarada “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda görüş keçirilib - FOTO

Astarada “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda görüş keçirilib - FOTO
  • Astara / Sosial

  • Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Çayoba kənd tam orta məktəbində “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib.

    Asiya.az xəbər verir ki, çıxış edən Astara RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Amil Seyfullayev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının atdığı barışmaz və qətiyyətli addımlarla bağlı tədbir iştirakçılarına məlumat verib.

    Sonda müzakirə edilən mövzu ətrafında çıxışlar dinlənilib, məktəblilərin sualları cavablandırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər