Lerikdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib - FOTO

Lerikdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib - FOTO
  • Lerik / Sosial

  • Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Günəşli kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş təşkil edilib.

    Asiya.az xəbər verir ki, çıxış edən şöbə rəisi, polis polkovniki Ramil Mustafayev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.

    Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, Təhsil sektorunun müdiri Zöhrab Salayev və digər qurumların nümayəndələri erkən nikahların fəsadları, bu neqativ halın ailə quran şəxslərə, ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə ətraflı məlumat veriblər.

    Sonda müzakirə olunan mövzuıarla əlaqəli videoçarx izlənilib və şagirdlərin sualları cavablandırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər