Masallıda taxta sexi yanıb

Masallıda taxta sexi yanıb
  • Masallı / Hadisə

  • Masallı rayonunun Binə Xocavar kəndində ümumi sahəsi 49 m² olan taxta emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə yanıb.

    Asiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
    Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər