“ASAN xidmət” hansı tarixdə işləyəcək?

“ASAN xidmət” hansı tarixdə işləyəcək?
  • Sosial

  • Novruz bayramı ilə əlaqədar olaraq martın 24-dək "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

    Bu barədə Asiya.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, martın 25-dən etibarən vətəndaşlar mərkəzlərə üz tutaraq xidmətlərdən yararlana bilərlər.

    Qeyd edək k, ölkə ərazisində 27 "ASAN xidmət” mərkəzi mövcuddur. Hazırda 3 saylı Bakı "ASAN xidmət” mərkəzi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər