DTX dövlətə xəyanətdə ittiham olunan qadını həbs etdi

DTX dövlətə xəyanətdə ittiham olunan qadını həbs etdi
  • Hadisə / Manşet

  • Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur.

    Asiya.az xəbər verir ki, Validə Yusifova Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

    Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb. Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

    Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, Validə Yusifova ötən ilin yayında İrandan Azərbaycana təhvil verilib. 

    Üç il əvvəl İranda həbs edilən Validə Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə "casusluq ittihamı" ilə məhkum edilibmiş. 
    PAYLAŞ:

    Oxşar xəbərlər