"Xəzər Lənkəran"ın keçmiş prezidenti Mais Mənsimovun əməlinin üstü açıldı

"Xəzər Lənkəran"ın keçmiş prezidenti Mais Mənsimovun əməlinin üstü açıldı
  • Masallı / Lənkəran / Cəmiyyət / Manşet

  • "Xəzər Lənkəran"ın keçmiş prezidenti Mais Mənsimov klubun adını daşıyan stadionu öz oğlunun adına keçirib.

    Asiya.az xəbər verir ki, hadisə 3 il öncə baş verib. O, böyük qardaşı Mübariz Mənsimovun Türkiyədə həbs olunduğu vaxt saxtakarlığa əl atıb. Arenanın sənədlərini heç kimə xəbər vermədən dəyişdirib və qardaşına məxsus mülkiyyəti övladının adına rəsmiləşdirib.

    Mübariz Mənsimov yalnız ilyarım sonra – həbsdən çıxandan bir qədər keçmiş bu hadisədən xəbər tutub. O, öz adamlarını Türkiyədən Azərbaycana göndərib, müəyyən hüquqi prosedurlara baş vurub.

    Bir müddət davam edən çəkişmənin sonunda iş adamı öz istəyinə çatıb, stadionu təkrar özünə məxsus şirkətin balansına qaytarıb.

    Yeri gəlmişkən, "Xəzər Lənkəran"ın Mərkəzi Stadionunda yenidənqurma işlərinə nə vaxt başlanacağı məlum olub.

    Martın əvvəlində təmirə bağlanan arenada çalışmalara bu günlərdə start veriləcək.

    Eyniadlı klubun və idman qurğusunun sahibi olan Mübariz Mənsimov bu barədə yekun qərar qəbul edib.

    Türkiyədə yaşayan və fəaliyyət göstərən iş adamı görüləcək işlərlə bağlı toplantı keçirib və təmirə sərf olunacaq büdcəni təsdiqləyib.

    Arena üçün texniki işçilərin seçimi də artıq başa çatmaq üzrədir. Tikintiyə cəlb olunacaq ixtisaslı personal tapılıb.

    Daha sonra, tikinti işləri davam etdikcə bura əlavə işçi qüvvəsi gətiriləcək. Yenidənqurmanı yerli şirkətlərdən biri həyata keçirəcək.//cenublu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər