Bu yaşayış massivindəki binalar əyilib - VİDEO

Bu yaşayış massivindəki binalar əyilib - VİDEO
  • Manşet / Sosial

  • Sosial şəbəkələrdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-3” yaşayış massivindəki binalarda əyilmə olduğu və ərazidə bərkitmə işlərinin aparıldığı barədə görüntülər yayılıb.

    Bildirilib ki, işlər təhlükəsizlik qaydalarına riayət olunmaqla aparılır.

    Sakinlər İTV-yə bildiriblər ki, binanın bünövrəsi zəif olduğundan artıq əyilməyə başlayıb. Odur ki, ərazidə quyu qazılıb, bərkitmə işləri görülür.

    Tikintini aparan işçilər isə öz növbəsində söyləyiblər ki, təhlükəsizlik qaydaları pozulmayıb.
    Lökbatan qəsəbəsi üzrə Mənzil İstismar Sahəsinin nümayəndələri də ərazidə olublar. Onların sözlərinə görə, hazırda bərkitmə işləri bina 26-da aparılır. Növbə ilə deformasiyaya uğrayan digər binalardakı probemlər də aradan qaldırılacaq.

    Daha ətraflı İTV-nin süjetində:
     
    PAYLAŞ:

    Oxşar xəbərlər