Azərbaycanda bu məhsul kəskin ucuzlaşdı - VİDEO

Azərbaycanda bu məhsul kəskin ucuzlaşdı - VİDEO
  • İqtisadiyyat / Manşet

  • Yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə edilir.

    Satıcılar "Xəzər Xəbər"ə deyiblər ki, ucuzlaşma prosesi təxminən bir neçə gün bundan əvvəl başlayıb və qiymətin enməsi mövsümi xarakter daşıyır.

    Hazırda əvvəllər 16-17 qəpiyə satılan yumurtanın bir ədədi mağazalarda 8- 9 qəpiyə satılır.

    Bölgələrdə də yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Yevlaxda bir müddət əvvəl 30-40 qəpiyə satılan kənd yumurtası hazırda 10-15 qəpiyə təklif edilir. Hazırda bu rayonda yumurta 10 qəpiyə alınır və 15 qəpiyə satılır.

    Şəki bazarlarında da əvvəl 35 qəpiyə olan kənd yumurtası hazırda 13-15 qəpiyə satılır.

    Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər