Asiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havaaxşam əsasən yağmursuz keçəcək.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-5° isti təşkil edəcək. Yanvarın 14-ü axşamdan 15-i axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.