Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi, 3 nəfəri yaraladı, özünü öldürdü (FOTO/VİDEO)- YENİLƏNİB

Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi, 3 nəfəri yaraladı, özünü öldürdü (FOTO/VİDEO)- YENİLƏNİB
  • Dünya / Sosial

  • "YouTube” servisinin Şimali Kaliforniyadakı baş ofisində silahlı insident baş verib.

    Asiya.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şirkətin əməkdaşları bildirib. Polis artıq məlumatı təsdiqləyib.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib, şirkətin əməkdaşları binadan təxliyə olunub. Olay yerinə xüsusi təyinatlılar cəlb edilib. Şirkət işçiləri 20-dək atəş səsi eşitdiklərini vurğulayırlar. "ABC News” 5 nəfərin yaralandığını bildirilib.

    Hadisə yerinə xüsusi təyinatlılar gətirilib. Hücumu qara geyimdə olan qadının törətdiyi və sonda özünü vuraraq intihar etdiyi deyilir.

    Artıq həmin qadının kimliyi bəlli olub. Oxu.az-ın məlumatına görə, Nasim Aghdam adlı qadın Cənubi Azərbaycanlıdır. 39 yaşlı Ağdam bir neçə il öncə "Facebook” da "Dəmir Tuman Turanə” adlı hesab açaraq, insanları lağa qoyurmuş. İstifadəçilərə yazdığı rəylərdən və mesajlardan onun psixi problemləri olması istisna edilmir.

    Mirror-un yaydığı xəbərə görə isə, Nasim Aghdam adlı qadın ofisin yaxınlığında dayanaraq oraya atəş açıb, 3 nəfəri yaralayıb, sonra da özünü öldürüb.

    Facebook və başqa sosial şəbəkələrdə Nasime Sabz adı ilə qeydiyyatda olan qadının heyvan haqlarını müdafiə edən aktivist olub.

    Onun bu hərəkəti etməsinə səbəb kimi "Youtube"nin onun hesabını bloka atması göstərilir.

    San Brunoda yerləşən ofisə hücum edən qadın hadisə şahidlərinin dediyinə görə təxminən 20 dəfə atəş açıb.

    Qeyd edək ki, 39 yaşlı Nasim Ağdam hazırda aktiv olmayan Youtube hesabında özünü vegetarian cənubi azərbaycanlı və Veqanizmi irəli çəkən aktivist kimi təqdim edib.

    Qeyd edək ki, "Youtube”un baş ofisində 1600 nəfər çalışır.

    ***

    “YouTube”un ABŞ-ın Kaliforniya ştatının San Bruno şəhərində yerləşən ofisində atəş açaraq 3 nəfəri yaralayan və daha sonra intihar edən iranlı Nəsim Nəcəfi Ağdam haqqında bəzi təfərrüatlar məlum olub.



    İKT.lent.az-ın xəbərinə görə, San Dieqo şəhərinin sakini, 39 yaşlı Nəsim Nəcəfi Ağdam özünü “fars azərbaycanlısı”, “fars-Azərbaycan mədəniyyət vegeterianı” kimi epitetlərlə tanıdıb. O, heyvan hüquqlarının aktiv müdafiəçilərindən olub, bununla bağlı keçirilən müxtəlif aksiyalara qatılıb. Bodibildinqlə də məşğul olan qadın özünün “YouTube” kanalında sağlam və humanist həyat tərzini təbliğ edib. Kanalın 5 minə yaxın abunəçisi olub. 2009-cu ildə “Los Angeles Times” qəzeti Nəsim Nəcəfi Ağdamdan müsahibə götürüb. Qadın müsahibəsində ordu təlimlərində donuzlardan istifadə olunmasını tənqid edib.



    N. N. Ağdam son vaxtlar “YouTube” video xidmətinin siyasətindən narazı qalıb. O, videolarının senzuraya məruz qaldığını, filtrasiya olunduğunu deyib və bunun nəticəsində daha az gəlir əldə etməsindən şikayətlənərək dünyada əsl söz azadlığını mövcud olmadığını vurğulayıb. “Siz həqiqəti söylədiyiniz üçün təzyiqə məruz qalacaqsınız, çünki həqiqət sistem tərəfindən dəstəklənmir”, - deyə qadın söyləyib. N. N. Ağdam “YouTube”un məxsus olduğu “Google” şirkətini “korrupsiyalaşmış sistem” adlandırıb.



    Hadisədən əvvəl, gecə vaxtı polis əməkdaşları küçədə dayanmış avtomobildə yatan qadın aşkarlayıblar. Bu, Nəsim Ağdamın ailəsinin onun itkin düşdüyü barədə polisə müraciətindən bir neçə gün sonra baş verib. Onun atası Nəsim İsmayıl Ağdam polisi xəbərdar edib ki, qızı “YouTube” ofisinə gedə bilər, çünki bu şirkətə nifrət edir. Polis Nəsim Ağdamla bu barədə söhbət aparıb, lakin onu saxlamağa ehtiyac görməyib. Ailəsinə xəbər verilib ki, hər şey qaydasındadır. Bir neçə saat sonra isə Nəsim Ağdam “YouTube” ofisində məlum insidenti törədərək 3 nəfəri odlu silahdan açdığı atəşlə yaralayıb, sonra isə özünü vurub. Yaralılardan ikisi – 36 yaşlı kişi və 32 yaşlı qadın ağır vəziyyətdədir, 27 yaşlı qadının durumu isə orta ağırdır.



    “YouTube” administrasiyası Nəsim Nəcəfi Ağdamın kanalını silib.






    Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi, 3 nəfəri yaraladı, özünü öldürdü (FOTO/VİDEO)- YENİLƏNİB
    Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi, 3 nəfəri yaraladı, özünü öldürdü (FOTO/VİDEO)- YENİLƏNİB
    Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi, 3 nəfəri yaraladı, özünü öldürdü (FOTO/VİDEO)- YENİLƏNİB
    Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi, 3 nəfəri yaraladı, özünü öldürdü (FOTO/VİDEO)- YENİLƏNİB
    Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi, 3 nəfəri yaraladı, özünü öldürdü (FOTO/VİDEO)- YENİLƏNİB
    Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi, 3 nəfəri yaraladı, özünü öldürdü (FOTO/VİDEO)- YENİLƏNİB
    Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi, 3 nəfəri yaraladı, özünü öldürdü (FOTO/VİDEO)- YENİLƏNİB
    Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi, 3 nəfəri yaraladı, özünü öldürdü (FOTO/VİDEO)- YENİLƏNİB
    Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi, 3 nəfəri yaraladı, özünü öldürdü (FOTO/VİDEO)- YENİLƏNİB
    PAYLAŞ:

    Oxşar xəbərlər