Azərbaycanlı avtoritetin və arvadının güllələnmə anı - VİDEO

Azərbaycanlı avtoritetin və arvadının güllələnmə anı - VİDEO
  • Hadisə

  • Fransada yaşayan və 6 gün əvvəl naməlum şəxs tərəfindən güllələnən azərbaycanlı avtoritet Rahim Namazov və həyat yoldaşına edilən silahlı hücumun görüntüləri yayılıb.

    Asiya.az xəbər verir ki, videodan da göründüyü kimi, maskalanmış naməlum şəxs Rahim Namazovun (Şəkinski) avtomobilinə yaxınlaşaraq, ön şüşədən sürücü və sərnişinə tapançadan bir neçə dəfə atəş açır və dərhal da əzaridən uzaqlaşır. Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınan hadisə zamanı Rahim Namazov yaralanıb, həyat yoldaşı isə dünyasını dəyişib.

    Xatırladaq ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.

    Qeyd edək ki, Rahim Şəkinski son vaxtlar "qanuni oğru" Nadir Səlifovun ünvanına sosial şəbəkə vasitəsilə dəfələrlə təhqirlər yağdırıb.

    Unikal.org-un Fransa mətbuatına istinadən əldə etdiyi məlumata görə, həyatına sui-qəsd olunmuş kriminal avtoritet Rahim Namazov (ləqəbi "Şəkinski”) sağalıb və özünü yaxşı hiss edir.

    Fransa KİV-lərinə müsahibəsində Namazov həyatına təhlükə mövcud olduğu üçün özünü təhlükəsizlikdə hiss edə bilmədiyini deyib. Bununla bərabər, o, Fransa KİV-lərini aldadaraq kriminalla heç bir əlaqəsinin olmadığı qeyd edib.

    Bu arada Rahim Namazovun qətlə yetirilən həyat yoldaşının da görüntüləri yayımlanıb.

    Azərbaycanlı avtoritetin və arvadının güllələnmə anı - VİDEO
    Azərbaycanlı avtoritetin və arvadının güllələnmə anı - VİDEO

    PAYLAŞ:

    Oxşar xəbərlər