Azərbaycan prezidentinin Varşavada rəsmi qarşılanma mərasimi olub

Azərbaycan prezidentinin Varşavada rəsmi qarşılanma mərasimi olub
  • Siyasət, Manşet

  • İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub.

    Asiya.az xəbər verir ki, prezident İlham Əliyevi Polşa Prezidentinin sarayında prezident Andjey Duda qarşılayıb. Polşanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Andjey Dudaya təqdim olunub.

    Azərbaycan prezidenti Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşüb.
    Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü keçirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər