Masallıda şəhid ailəsi üçün tikilən ev istifadəyə verildi - FOTO

Masallıda şəhid ailəsi üçün tikilən ev istifadəyə verildi - FOTO
  • Masallı / Sosial

  • Masallı rayonunun Tüklə kəndində Qarabağ müharibəsi şəhidi, Azərbaycan Ordusunun əsgəri Zəfər Asəf oğlu Xəlilovun ailəsi üçün tikilən fərdi yaşayış evi istifadəyə verilib.

    Asiya.az xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanları rəhbərləri və şəhid ailəsi iştirak ediblər.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov nitqində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük əbədi tarixi qələbədən, ordu-xalq birliyindən, Tüklə kəndində dünyaya göz açan Zəfər kimi qəhrəman oğullarımızın rəşadətindən ətraflı danışıb.
    İcra başçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb.
    Rayon rəhbəri şəhid ailəsi üçün tikilən növbəti fərdi yaşayış evinin tikintisində zəhməti olan xeyriyyəçilərə razılığını bildirərərək qeyd etdi ki, biz şəhidlərə, onların ailələrinə, hərbiçilərə, qazilərə həmişə, hər zaman minnətdar olmalıyıq. 

    Sonda şəhidin ailəsi öz növbəsində onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayon İcra Hakimiyyətinə, evin tikintisində zəhməti olan bütün şəxslərə minnətdarlığını bildirdilər.




    PAYLAŞ:

    Oxşar xəbərlər