Masallı sakini Lənkəranda qəza törətdi, xəsarət alan var - FOTO

Masallı sakini Lənkəranda qəza törətdi, xəsarət alan var - FOTO
  • Lənkəran / Hadisə

  • Lənkəranda yol qəzası baş verib.

    Asiya.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.

    Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes” markalı, 44-BR-444 nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb. Sürücü avtomobildən çıxarılaraq təcili yardım avtomobil ilə xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

    M.Fərəcovun Həsənli kəndində ingilis dili müəllimi işlədiyi bildirilir.
    Faktla bağlı araşdırma aparılır.




    PAYLAŞ:

    Oxşar xəbərlər