Zəhranın ölümü ilə bağlı yürüş keçiriləcək

Zəhranın ölümü ilə bağlı yürüş keçiriləcək
  • Sosial / Cəmiyyət

  • Sabah 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar yürüş keçiriləcək.

    Asiya.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən lent.az-a verilən məlumata görə, yürüş çoxsaylı gənclər təşkilatları tərəfindən təşkil edilir. Yürüşə "Bridge Plaza"dan start veriləcək.

    Yürüş Minsk qrupunun həmsədr ölkələrinin səfirliklərinin qarşısından keçməklə təşkil ediləcək. Yürüş iştirakçıları saat 11.00-da Rusiya səfirliyinin, 11:20-da ABŞ səfirliyinin, 12:00-da isə Fransa səfirliyinin qarşısından keçəcəklər.

    Nazirlik bütün gəncləri aktiv olmağa çağırır.

    Qeyd edək ki, Zəhra ötən gecə erməni işğalçılarının Füzulinin Alxanlı kəndini ağır silahlarla atəşə tutması nəticəsində dünyasını dəyişib.
    PAYLAŞ:

    Oxşar xəbərlər