Azərbaycanda yeni nazir təyin edildi- Fərman- Dosye

Azərbaycanda yeni nazir təyin edildi- Fərman- Dosye
  • Siyasət, Manşet

  • Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun fərmanı ilə Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

    Asiya.az naxcivantv.az saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

    “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin.”

    Azərbaycanda yeni nazir təyin edildi- Fərman- Dosye

    Qeyd edək ki, Ali Məclis Sədrinin həmin tarixli digər fərmanı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

    Onu da qeyd edək ki, Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədov bir müddət əvvəl vəzifədən azad edilib. Bir neçə gün əvvəl Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsininin rəisi Rafiq Abbasovun bu posta təyin edilməsi ilə bağlı xəbərlər yayılsa da, sonradan təkzib olundu.

    Bəs nazir təyin edilən general Fazil Ələkbərov kimdir?

    Fazil Ələkbərov buna qədər Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini tuturdu.O, bu posta 2015-ci ilin 18 dekabrında təyin edilmişdi. Fazil Ələkbərov DTX rəisi təyin edilməzdən əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi olub.

    Yeni daxili işlər naziri Vasif Talıbovun qudasıdır. Ali Məclis sədrinin oğlu Seymur Talıbov Fazil Ələkbərovun qızı ilə evlidir.

    Prezident İlham Əliyev 2014-cü ilin 17 martında Fazil Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısı 2016-cı ilin 3 fevralında ona general-mayor ali hərbi rütbəsi verib. Fazil Ələkbərov həmin vaxt artıq Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi idi.
    PAYLAŞ:

    Oxşar xəbərlər