Əvəz Zeynallı polisə aparıldı- Yenilənib

Əvəz Zeynallı polisə aparıldı- Yenilənib
  • Sosial

  • Jurnalist Əvəz Zeynallı saxlanılıb.

    APA-nın xəbərinə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. Vəkil bildirib ki, hazırda o, Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır: "Sabah onunla görüşəcəyəm. Hələ ki, onun saxlanılmasının əsasları ilə bağlı heç bir məlumat vermədilər. Əvəz Zeynallıya qarşı İXM-nin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmama) inzibati iş qaldırılıb".

    ***

    Xural.com saytının baş redaktoru Əvəz Zeynallı polis tərəfindən saxlanılıb.


    "Ölkə.Az"ın məlumatına görə, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsi ilə məlumat yayıblar.

    Onlar bildiriblər ki, Əvəz Zeynalı Binəqədi 4-cü Polis Bölməsinə aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər