Asiya.az xəbər verir ki, metbuat.az soyuqdəymə hallarında oxucularına qısa müddətdə təsir edən ən güclü təbii vasitələri araşdırıb.
-1 çay qaşığı biyan kökü, 1 çay qaşığı dəvədabanı, 1 çay qaşığı bağayarpağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin. Bu otlar bəlğəmgətirici və iltihabəleyhinə təsir edir, öskürəyin sağalmasını tezləşdirir.
- 1 baş soğan, 1 baş sarımsaq, 0.5st bal. Soğan və sarımsaq, soyulur, yuyulur, doğranılır sonda bal əlavə edilib qarışdırılır. Gündə 3 dəfə 1ç.q qaşığı su ilə içilir. Çox güclü antibiotik əvəzləyicidir.
- Ağ turp və bal qarışığı quru öskürəyi tamamilə təmizləyir.
Süddə bişirilmiş yulaf yarması hər gün davamlı yeyilməsi öskürəyi aradan qaldırır.
Orta ölçüdə yaş zəncəfil, 1limon, 1ç.q darçın və 1 st. bal. İnqredientlər xırdalanıb balla qarışdırılır. Gündə 1 ç.q qəbul edilir.
Məşhur can həkimi gənc görünməyin sirrini açıqladı - "Bu yeməkdən yeməyin deyərək, illərdir sizi aldadırlar" - Oxumaq üçün tıkla