Bakının mərkəzində güclü partlayış: Səbəbi - FOTO

Bakının mərkəzində güclü partlayış: Səbəbi - FOTO
  • Manşet / Olay

  • Yanvarın 27-də paytaxtın "28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində yerləşən binada partlayış baş verib.

    Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədovun "Ölkə.Az”-a verdiyi açıqlamaya görə, səhər radələrində təcili tibbi yardım maşını ilə 57 yaşlı Mahmudov Zahid Şükür oğlu bədənin çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

    İlkin müayinə zamanı məlum olub ki, Z.Mahmudovun bədəni 90 faiz yanıb, vəziyyəti ağırdı.

    İlkin ehtimala görə, “28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxananın zirzəmisindəki partlayışa qaz sızması səbəb olub.

    Bu barədə Oxu.Az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev deyib.

    “Ərazidə dünən qazıntı işləri aparılıb. Ehtimal edilir ki, qazıntı işləri zamanı MTK-ya gedən qaz kəmərinə toxunublar. Nəticədə qaz sızması baş verib və partlayış olub”.

    O bildirib ki, hadisə nəticəsində ölən olmayıb, yalnız bir nəfər xəsarət alıb.

    R. Əliyev əlavə edib ki, hadisə səhər saatlarında baş verib.

    Ərazidə qaz təchizatı müvəqqəti dayandırılıb.

    Bakının mərkəzində güclü partlayış: Səbəbi - FOTO
    Bakının mərkəzində güclü partlayış: Səbəbi - FOTO
    Bakının mərkəzində güclü partlayış: Səbəbi - FOTO
    Bakının mərkəzində güclü partlayış: Səbəbi - FOTO
    Bakının mərkəzində güclü partlayış: Səbəbi - FOTO
    Bakının mərkəzində güclü partlayış: Səbəbi - FOTO
    Bakının mərkəzində güclü partlayış: Səbəbi - FOTO
    Bakının mərkəzində güclü partlayış: Səbəbi - FOTO
    Bakının mərkəzində güclü partlayış: Səbəbi - FOTO



    Asiya.az qafqazinfo-ya istinadən xəbər verir ki, icra başçısı Asif Əsgərov da hadisə yerinə gəlib.

    Partlayışla bağlı başçıya məlumat veriblər.

    Bakının mərkəzində güclü partlayış: Səbəbi - FOTO
    Bakının mərkəzində güclü partlayış: Səbəbi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər