Onun köməyi ilə soyuqdəymədən tutmuş qəbizliyə qədər bir çox pozulmaları müalicə edirdilər.
Sarımsaqlı qatıq həqiqətən çox yaxşı müalicəvi və profilaktik vasitə kimi isifadə oluna bilər.
Asiya.az saglamolun.az-a istinadən sarımsaqlı qatığın faydalı xüsusiyyətlərini təqdim edir:
- bağırsaq mikroflorasını yaxşılaşdırır, disbakteriozu müalicə edir
- qəbizliyi aradan qaldırır
- qurd əleyhinə təsir edir
- immun sistemini stimullaşdırır
- arıqlamağa kömək edir
- bağırsaqları təmizləyir
Gün ərzində 1 stəkan sarımsaqlı qatıq içmək çox faydalıdır. 1 diş sarımsağı sarımsağəzənlə əzin, 1 stəkan qatığa əlavə edin, qarışdırın, 1 saat saxlayın, sonra için. Qatığa xırda doğranmış şüyüd də əlavə etmək olar.
Nəzərə almaq lazımdır ki, bəzi mədə-bağırsaq xəstəlikləri zamanı sarımsaqlı qatıq ziyanlı ola bilər.