“Lotu Quli”nin adamı həmyerlimiz iş adamını belə güllələdi- VIDEO

“Lotu Quli”nin adamı həmyerlimiz iş adamını belə güllələdi- VIDEO
  • Hadisə

  • Sankt-Peterburq Şəhər Polisi 46 yaşlı Azərbaycan vətəndaşı Mahir Məmmədovu tuta bilib.

    Yenicag.az xəbər verir ki, aprelin 30-da həmyerlisi olan 32 yaşlı iş adamı Füzuli Qarayevi güllələyərək öldürən həmin şəxsə qarşı İnsitntaq Komitəsi tərəfindən "qəsdən adamöldürmə” maddəsi üzrə cinayət işi açılmışdı.

    Lomonosov küçəsində evin qarşısında törədilən qətli müşahidə kamerası qeydə alıb. Kadrlarda Mahir Məmmədovun Qarayevi güllələdiyini görmək olur.

    "Fontanka” nəşrinin məlumatına görə, hər iki şəxs "Lotu Quli” ləqəbi ilə tanınan "qanuni oğru” Nadir Səlifovun silahdaşlarıdır. Peterburqda ticarət obyektlərinə nəzarəti "Lotu Quli” bu yaxınlarda Mahir Məmmədova tapşırmışdı.

    "Fontanka” nəşrinin məlumatına əsasən, xüsusi təyinatlı polis dəstəsi Mahir Məmmədovun olduğu mənzilə daxil olanda, otaqda yalnız qadınlar olub. Axtarış zamanı şübhəli şəxs şkafdan çıxıb.

    Saxlanılma zamanı Mahir Məmmədovun üzərində silah aşkarlanmayıb.

    Məlumata görə, "qanuni oğru” "Apraksin dvor” bazarında ticarət obyektlərinin himayədarlığı ilə bağlı bir-biri ilə rəqabətdə olub.

    Polis əməkdaşları tutulma anının da videosunu yayıblar:

    PAYLAŞ:

    Oxşar xəbərlər