Uçan körpü ilə bağlı sərəncam: pul ayrıldı

Uçan körpü ilə bağlı sərəncam: pul ayrıldı
  • Sosial / Manşet

  • Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, dövlət başçısı M-4 Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon manat ayırıb.

    Qeyd edək ki, Göyçay körpüsü bir neçə gün əvvəl sel səbəbindən uçub. Nəticədə 38 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər