Tovuzda minaya düşən azyaşlının ayağı amputasiya olundu (VİDEO/YENİLƏNİB)

Tovuzda minaya düşən azyaşlının ayağı amputasiya olundu (VİDEO/YENİLƏNİB)
  • Sosial

  • Tovuz rayonunda minaya düşən iki nəfərdən birinin ayağı amputasiya olunub.

    Bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

    Məlumatda bildirilir ki, hadisə nəticəsində xəstəxanaya gətirilən mülki şəxs, 2004-cü il təvəllüdlü Hüseynov Elgün Fərid oğlunun sol ayağı amputasiya edilib. Hazırda yaralı reanimasiya şöbəsindədir, vəziyyəti ağır sabitdir.

    Hadisə nəticəsində ağır xasarət alan digər şəxs, 1994-cü il təvəllüdlü Mehdiyev Elşad Vidadi oğlu isə aşağı ətrafın çoxsaylı qəlpə yaraları ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.

    Xatırladaq ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tovuz rayonunun Əlibəyli kəndi ərazisində həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Hadisə kənd sakinləri heyvan otararkən baş verib.

    ****
    Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb.

    Asiya.az "Report"a istinadən xəbər verir ki, hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib.

    Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Qeyd edək ki, həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib.

    Faktla bağlı araşdırmalara başlanılıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər