Rzanın yanındakı qadının kimliyi dəqiqləşdi – Ərdoğan işə qarışdı

Rzanın yanındakı qadının kimliyi dəqiqləşdi – Ərdoğan işə qarışdı
  • Dünya

  • İranla qanunsuz ticarət əlaqələri və korrupsiya səbəbindən ABŞ-da saxlanılan Rza Zərrab aylar sonra ilk dəfə Nyu-Yorkda görüntülənib.

    Milli.Az xəbər verir ki, o, Nobu adlı restoranda yad qadınla suşi yeyərkən fotokameraya düşüb. Rza Zərrab şəklinin çəkildiyini hiss etdikdən sonra məkanı tərk edib.

    Həmin qadının kimliyi bilinib. O, Rzanın vəkili imiş. Bu barədə məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

    Azərbaycandan Türkiyəyə qayıdan prezident təyyarədə jurnalistlərin suallarını cavablandırarkən Rza Zərrabın yanındakı qadının onun vəkili olduğunu söyləyib.

    Qeyd edək ki, Rza Zərrab Türkiyənin məşhur müğənnisi Ebru Gündeşlə ailəli olub.


    Rzanın yanındakı qadının kimliyi dəqiqləşdi – Ərdoğan işə qarışdı
    PAYLAŞ:

    Oxşar xəbərlər