Qızına 400 minə toy edən lift müdirinin işi yoxlanılmağa başladı - Eldar Əzizovdan göstəriş

Qızına 400 minə toy edən lift müdirinin işi yoxlanılmağa başladı - Eldar Əzizovdan göstəriş
  • Siyasət / Manşet

  • Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov qızına dəbdəbəli toy etməklə gündəmə gələn Qüdrət Şükürovun idarəsində yoxlamalara başlayıb.

    Asiya.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Eldar Əzizovun sərəncamına əsasən Şəhər İcra Hakimiyyətində inventarlaşma işlərinin aparılması ilə bağlı Komissiya yaradıb.

    İcra Hakimiyyətinin bütün strukturlarında yoxlamalar aparılması ilə bağlı tapşırıq verən Eldar Əzizov Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə araşdırmanın aparılması göstərişini verib.

    Bakı Şəhər İcra Hakimiyyətindən xəbəri təsdiqləyiblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər