Azərbaycanlı sabiq polis əməkdaşı qadını liftdə öldürdü - FOTO/VİDEO

Azərbaycanlı sabiq polis əməkdaşı qadını liftdə öldürdü - FOTO/VİDEO
  • Hadisə

  • Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvadakı binalardan birinin liftində qadını vəhşicəsinə öldürən şəxsi yaxalayıblar. O, azərbaycanlı sabiq polis əməkdaşıdır.

    Bununla bağlı “İnterfaks” gizli mənbəyə istinadən məlumat yayıb.

    Bildirilib ki, saxlanılan şəxs 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Rövşən Şabanovdur.

    “Məlumdur ki, o, Çertanovo rayonunda bir neçə qarət hadisəsi törədib”, - mənbə qeyd edib.

    Şabanov əməlini etiraf edib. Hadisədə şübhəli bilinən ikinci şəxsin axtarışları davam edir.

    Xatırladaq ki, hadisə noyabrın 6-sı axşam saatlarında baş verib. 52 yaşlı qadın evinin liftinə daxil olan zaman iki nəfər onun arxasınca binaya girib.

    İlkin ehtimallara görə, hadisə qarət məqsədilə törədilib. Qadının cüzdanında cəmi 2 min rubı (30 dollar - red.) olub. Qonşular bildiriblər ki, hadisə zamanı qadının qışqırıq səsini eşidiblər.

    Hazırda Şabanov Moskvadakı bazarların birində satıcı işləyir.






    Azərbaycanlı sabiq polis əməkdaşı qadını liftdə öldürdü - FOTO/VİDEO

    Azərbaycanlı sabiq polis əməkdaşı qadını liftdə öldürdü - FOTO/VİDEO
    PAYLAŞ:

    Oxşar xəbərlər