Azərbaycan əsgərinin ürəyi partlayıb öldü - Bu gün evə qayıdacaqmış

Azərbaycan əsgərinin ürəyi partlayıb öldü - Bu gün evə qayıdacaqmış
  • Sosial / Manşet

  • Azərbaycan ordusunun əsgəri Saleh Füzuli oğlu Dəmirov dünyasını dəyişib.

    Asiya.az xəbər verir ki, bu barədə Big.az-a Ağsu Rayon İcra hakimiyyətindən məlumat verilib: " Saleh Dəmirov ürəktutmasından vəfat edib. Hələki ailəsi ilə görüşməmişik. Görüşdən sonra dəqiq məlumat veriləcək".

    Saleh Dəmirovun qardaşı Valeh Dəmirov big.az-a açıqlamasında qardaşının heç bir xəstəliyinin olmadığını bildirib: "Hələlik qardaşımın ölüm səbəbi bilinmir. Hadisə dünən axşam baş verib. Ancaq bizə bu gün səhər saat 7-də məlumat verilib. Qardaşımın səhhətində heç bir problem olmayıb. Ölümündən bir gün öncə onunla danışmışam. Heç bir əsgərlə problemi olmayıb. Hər kəs onun xətrini çox istəyirdi. Xasiyyətcə çox sakit idi. Nə siqaret çəkirdi, nə də spirtli içki qəbul edirdi. Təsəvvür edə bilməzsiniz hazırda nə vəziyyətdəyik. Biz evdə 3 qardaş idik. Ağsu rayonunun özündə qalırıq. Valideynlərimiz işləmir. Hər ikisi 2-ci qrup əlildir”.

    Qeyd edək ki, Saleh Dəmirov bu gün hərbi xidmətini başa vurub evə qayıdacaqmış.


    Azərbaycan əsgərinin ürəyi partlayıb öldü - Bu gün evə qayıdacaqmış
    PAYLAŞ:

    Oxşar xəbərlər