20 Yanvar faciəsinin təşkilatçısına 10 il həbs cəzası verildi

20 Yanvar faciəsinin təşkilatçısına 10 il həbs cəzası verildi
  • Dünya

  • Keçmiş SSRİ-nin müdafiə naziri, 94 yaşlı Dmitri Yazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

    "Report” TASS-a istinadən xəbər verir ki, Litvanın Vilnüs şəhər dairə məhkəməsi 1991-ci ilin yanvarında Vilnüsdə törədilən qırğına görə onun barəsində belə bir hökm çıxarıb.

    Litva Baş Prokurorluğu isə keçmiş müdafiə nazirinin ömürlük həbs edilməsini istəyib.

    Qeyd edək ki, D.Yazov 1990-cı il yanvarın 20-də Bakıda və Azərbaycanın başqa rayonlarında törədilən qırğınlara başçılıq edənlərdəndir.
    PAYLAŞ:

    Oxşar xəbərlər