Ayətullah Xameneinin dəftərxanasından mübarək Ramazan ayının ilk günü ilə bağlı açıqlama

Ayətullah Xameneinin dəftərxanasından mübarək Ramazan ayının ilk günü ilə bağlı açıqlama
  • Cəmiyyət / Manşet

  • Şəban ayının sonuncu gününü orucunun savabını qazanmaq istəyən möminlər müstəhəb və ya qəza orucu niyyəti ilə oruc tuta bilər...


    Bu il May ayının 7-si mübarək Ramazan ayının ilk günüdür.

    Asiya.az deyerler.org-a isitnadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin dəftərxanasının "Ayın axtarışı üzrə mərkəzi" məluamt yayıb.

    Məlumata görə, Ramazan ayının hilalı görünməyib: “Əziz və mömin xalqa çatdırırıq ki, Ramazan ayının hilalının təyin olunmasının önəmli olmasını nəzərə alaraq, ölkənin müxtəlif bölgələrində axtarış qrupları mübarək Ramazan ayının hilalını görmək üçün izləmə aparıb və ay görünməyib. Bu səbəbdən, Ayətullah Xameneiyə birinci gün gecəsi ayın görünməsi sübuta yetməyib və bazar ertəsi günü Şəban ayının 30-cu günüdür.”

    Şəban ayının sonuncu gününü orucunun savabını qazanmaq istəyən möminlər müstəhəb və ya qəza orucu niyyəti ilə oruc tuta bilər.

    Qeyd edək ki, ayətullah Sistanin dəftərxanası da 6 may tarixini Şəban ayının 30-u və 7 may tarixini Ramazan ayının ilk günü elan edib.


    Ayətullah Xameneinin dəftərxanasından mübarək Ramazan ayının ilk günü ilə bağlı açıqlama
    PAYLAŞ:

    Oxşar xəbərlər