Göyçayın icra başçısının qardaşı müəllimənin başına hansı oyunu açıb? - FOTOLAR

Göyçayın icra başçısının qardaşı müəllimənin başına hansı oyunu açıb? - FOTOLAR
  • Sosial / Araşdırma / Manşet

  • “Saatlı rayon İcra hakimiyyəti başçısı Nazim İsmayılov və qardaşı Namiq bizim ailəyə məxus maqazini saxtakarlıqla başqa şəxsə satıb. Bizi aldadıblar”.

    Asiya.az xəbər verir ki, bu sözlər Göyçay rayonu, Qarabaqqal kənd sakini Quliyeva Cəmilə Niyazi qızının redaksiyamıza göndərdiyi məktubdandır.

    O bildirib ki, mərhum həyat yoldaşı Mikayılov Məcid Məhəmməd oğlu 15 il əvvəl Göyçay şəhərinin Nizami küçəsi ərazinsində yerləşən Saatlı rayon icra başçısı Nazim İsmayılova məxsus “Ticarət Mərkəzi” adlı paltar bazarından yer alaraq, öz vəsaiti hesabına maqazin inşa etdirib. “Həmin yeri ona bazarın rəhbərliyi satmışdı. 15 il orada sahibkarlıq fəaliyyəti ilə məşğul oldu. Həmin mağazanı öz vəsaiti hesabına inşa etdirsə də, ayda bazarın rəhbərliyinə yer pulu adı ilə 250 manat pul ödəyirdi. Həmin bazar icra başçısı Nazim İsmayılova məxsus olsa da, rəhbərliyi qardaşı Namiq İsmayılov edir. Həmin paltar bazarında təxminən 300-dən çox mağazin var. Hər bir sahibkarla özlərinin tərtib etdikləri icarə müqaviləsi bağlayıblar”.

    Cəmilə Quliyeva yazır ki, həyat yoldaşı xəstə olduğu üçün bir müddət həmin maqazini işlədə bilməyib və 24.01.2017-ci il tarixdə ürək xəstəliyindən dünyasını dəyişib. “Başımız onun yas mərasiminə qarışdı və həmin maqazinlə bir müddət maraqlanmadıq. Oğlum işsiz olduğu üçün istədi ki, atasının maqazinini açıb işlətsin. Həmin vaxt direktor Namiq İsmayılov ona dedi ki, atan ölməmişdən əvvəl maqazinin pulunu verib ondan almışıq”.

    Göyçay sakini deyir ki, bunun yalan olduğunu bildiyindən, iradını dilə gətirib. “Onlara dedim ki, almısınızsa hansı sənədə imza edib? Təqdim edin sənədi. Cavabında dedi ki, əgər narazılığınız varsa, məhkəməyə müraciət edin. İcra başçısının qardaşı Namiq İsmayılov bizi məhkəməyə ona görə yönəldir ki, oğlu Natiq İsmayılov Göyçay rayon Məhkəməsində işləyir. Həmdə Göyçay şəhərindəki villalarının birini pulsuz qalmaq üçün Göyçay rayon məhkəməsinin sədri Zəfər Quliyevə veriblər. Həmçinin bazarın faktiki sahibi icra başçısı Nazim İsmayılovdur və onun kəsdiyi başa sorğu-sual yoxdur”.

    O bildirir ki, həmin ticarət mərkəzində 300-dən artıq maqazin olsa da, heç birində kassa nəzarət aparatı yoxdur, işçilərlə əmək müqaviləsi bağlanmayıb, sığorta edilməyib, hətta bazarda elektrik olsa da, elektrik sayğacı mövcud edyil.

    Onun sözlərinə görə, Namiq İsmayılov uzun müddət Göyçay Məşğulluq Mərkəzinin müdiri işləyib. “Bu ilin avqustunda nazirliyin apardığı yoxlama nəticəsində 400.000 manat vəsaitin mənimsəməsi faktı aşkarlandı. Oonu işdən çıxardılar. İcra başçısı Nazim İsmayılov qardaşını bu işdən qurtardı. Sonra da Ucar Məşğulluq Mərkəzinə müdir müavini təyin etdirdi. Ancaq Namiq İsmayılov həmin vəzifəni bəyənməyib, işə getmədi, sonra da ərizəsi ilə işdən çıxdı”.

    Qeyd edək ki, Cəmilə Quliyeva Göyçay rayonu, Hacıalı kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləyir. O deyir ki, həyat yoldaşının ölümündən əvvəl dükanı Namiq İsmayılova satması yalandır. “Onların məqsədi dükanı ələ keçirməkdir. Bu adamların Göyçayda çoxlu sayda torpaq sahələri, dükanları, otelləri, şadlıq evləri, yanacaq doldurma məntəqələri və bahalı villaları var. Amma gözləri yenə də doymur”.

    İbtidai sinif müəlliməsi mətbuat vasitəsi ilə ölkə rəhəbəri İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya müraciət edərək, onlardan kömək istəyir. O dövlət başçısı və xanımından xahiş edir ki, həyat yoldaşına məxsus dükanın geri qaytarılması ilə yanaşı, həm də icra başçısın məlum obyektində araşdırma aparılması ilə bağlı göstəriş versinlər.

    Yazıda adı keçən şəxslərin də mövqeyini də dərc etməyə hazırıq.

    Asiya.az


    Göyçayın icra başçısının qardaşı müəllimənin başına hansı oyunu açıb? - FOTOLAR
    Göyçayın icra başçısının qardaşı müəllimənin başına hansı oyunu açıb? - FOTOLAR
    Göyçayın icra başçısının qardaşı müəllimənin başına hansı oyunu açıb? - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər