“Atabank əmanətçilərin hüquqlarını pozur” – Əliməmməd Nuriyev

“Atabank  əmanətçilərin hüquqlarını pozur” – Əliməmməd Nuriyev
  • İqtisadiyyat / Manşet

  • “Atabank” ASC əmanətçilərin hüquqlarını kütləvi şəkildə pozur!

    Asiya.az xəbər verir ki, bu sözləri “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktor Əliməmməd Nuriyev öz feyzbuk hesabında paylaşıb.

    ““Atabank” ASC-in əmanətçilərindən “Şəffafflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-yə çoxsaylı şikayətlər daxil olur. Əmanətçilər bu bank tərəfindən onların depozitlərinin uzun müddətdir ki, qaytarılmamasından şikayətlənirlər. “Atabank”ın rəhbərliynin bu cür davranışı ölkədə islahatların aparıldığı indiki mərhələdə banklara etimada zərər gətirə bilər. Hesab edirik ki, Mərkəzi Bank və digər müvafiq dövlət qurumları tərəfindən indi bu məsələyə müdaxilə edilməli və problemin əmanətçilərin narazılığına gətirib çıxarmasına imkan verilməməlidirlər.”


    “Atabank  əmanətçilərin hüquqlarını pozur” – Əliməmməd Nuriyev
    PAYLAŞ:

    Oxşar xəbərlər