Baş redaktorun evini soyub, bacısının cehizlərini apardılar - Bakıda

Baş redaktorun evini soyub, bacısının cehizlərini apardılar - Bakıda
  • Hadisə

  • "Sportinfo.az” saytının baş redaktoru İlkin Vaqifoğlunun evi qarət olunub.

    BakuPost xəbər verir ki, bu barədə qaynarinfo-ya onun özü məlumat verib. O bildirib ki, hadisə yanvarın 26-da səhərə yaxın baş verib:

    "Biz Xırdalanın mərkəzində yaşayırıq. Oğrular dəstə halında olub. Onlar təxminən səhər saat 5:10-da evə daxil olublar. Bacım üçün cehizlik alınmışdı. Oğrular nə alınıbsa, hamısını aparıblar. Ümumilikdə hardasa 5 min manatlıq əşya oğurlanıb”.

    İlkin Vaqifoğlu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102” xidmətinə məlumat verildiyini vurğulayıb:

    "Abşeron Rayon Polis Şöbəsinin əmkadaşları hadisə yerinə gəlib. Artıq hadisə ilə bağlı təhqiqata başlanılıb”.
    PAYLAŞ:

    Oxşar xəbərlər