"Bir qızın təhsil alması bir ailənin təhsilli olması deməkdir" - Məşhur Məmmədov (FOTOLAR)

"Bir qızın təhsil alması bir ailənin təhsilli olması deməkdir" - Məşhur Məmmədov (FOTOLAR)
  • Sosial / Araşdırma / Manşet

  • 70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Məşhur Məmmədovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

    Asiya.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının namizədi Məşhur Məmmədov yanvarın 31-də təbliğat-təşviqat kampaniyası çərçivəsində Masallı rayonu Qarğalıq kəndində bu ərazi nümayəndəliyinə daxil olan Eminli, Dəlləkli, Qədirli, Kürdəbaz, XallıcallıŞəhriyar kəndindən olan seçicilərlə görüşüb.

    "Bir qızın təhsil alması bir ailənin təhsilli olması deməkdir" - Məşhur Məmmədov (FOTOLAR)

    Vətən yolunda, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə hər zaman dəyər verən Məşhur Məmmədov bu dəfə də ənənəsinə sadiq qalaraq seçicilərlə görüş öncəsi şəhid Ədalət Vəliyevin xatirə abidəsini ziyarəti etdi.

    Namizədin vəkillərinin də iştirak etdiyi görüşü giriş sözü ilə açan YAP Masallı şəhər təşkilatının sədr müavini Səfalı Paşayev ölkəmizdə müşahidə olunan sürətli inkişaf prosesinin davamlılığı ilə bağlı fikirlərini bildirib. Bu inkişafın Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP sədri, Prezident İlham Əliyev tərəfindən aparılan kompleks və sistemli islahatlar nəticəsində əldə olunduğunu söyləyən S.Paşayev Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən mükəmməl iqtisadi strategiyanın ölkəmizi yüksək inkişaf yoluna çıxardığını bildirib.

    "Bir qızın təhsil alması bir ailənin təhsilli olması deməkdir" - Məşhur Məmmədov (FOTOLAR)

    S.Paşayev bildirdi ki, Cənab Prezident İlham Əliyevin Masallı sakinlərinə verilən qiymətdir ki, Masallı rayonunda yerləşən 70 və 71 saylı dairələrin hər ikisində də YAP namizədi Masallıdandır.

    70 saylı Masallı şəhər dairəsindən YAP namizədi Məşhur Məmmədov iş adamı olmaqla yanaşı 10 il Milli Məclisdə iqtisadçı ekspert kimi fəaliyyət göstərib. Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının rəhbəri olaraq Respublika əhmiyyətli sosial, ictimai işlərdə QHT-lərlə əməkdaşlıq edib.

    Tədbirdə çıxış edən YAP-ın parlament seçkilərindəki namizədi Məşhur Məmmədov bildirib ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Masallıda da sistemli islahatlar həyata keçirilir:

    "Ölkəmizin inkişafına təkan verən uzunmüddətli islahatlar proqramı Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan inam və etibarının daha da möhkəmlənməsinə yol açıb. Xalqımız dəyişiklikləri, sosial rifahının yüksəlməsini öz həyatında hiss edir. Seçicilərim mənə etimad göstərərsə, mən də fəaliyyətimi partiyamızın proqramı çərçivəsində, müddəalarında əks olunan məsələlərin daha da inkişaf etdirilməsi istiqamətində quracağam və bütün gücümlə bu etimadı doğrultmağa çalışacağam. Sevindirici haldır ki, artıq kəndlərdə yol, işıq, qaz problemi demək olar ki, yoxdur. Əsas xəttimiz yeni iş yerlərinin açılması, ölkəyə xarici investorların cəlb edilməsi, sosial problemlərin aradan qaldırılması, səhiyyə, təhsil sahələrinin səviyyəsini qaldırmaq olacaq. Əziz seçicilər, təhsilə önəm verin. Xüsusən də qız uşaqlarının təhsil almasına köməklik göstərin. Mən də bu yöndə öz köməyimi əsirgəməyəcəyəm. Bir qızın təhsil alması bir ailənin təhsilli olması deməkdir.


    Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədi haqqında mövqelərini bildirib, təkliflərini səsləndiriblər. Seçicilər ölkə başçısı cənab İlham Əliyevə vətəndaşların rifah halının yüksəldilməsinə yönəlik siyasət yürütdüyü üçün öz dərin minnətdarlıqlarını ifadə ediblər.

    Fərdi görüşlər zamanı seçicilər millət vəkilliyinə namizəd Məşhur Məmmədova qarşıdan gələn seçkilərdə və gələcək fəaliyyətində uğurlar arzuladılar. Fevralın 9-da seçki məntəqələrində ən layiqli namizədə - YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

    Cəfər Cəfərov
    Asiya.az



    "Bir qızın təhsil alması bir ailənin təhsilli olması deməkdir" - Məşhur Məmmədov (FOTOLAR)
    "Bir qızın təhsil alması bir ailənin təhsilli olması deməkdir" - Məşhur Məmmədov (FOTOLAR)
    "Bir qızın təhsil alması bir ailənin təhsilli olması deməkdir" - Məşhur Məmmədov (FOTOLAR)
    "Bir qızın təhsil alması bir ailənin təhsilli olması deməkdir" - Məşhur Məmmədov (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər