Rəşad Mahmudov Kijəbə qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR

Rəşad Mahmudov Kijəbə qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR
  • Siyasət / Araşdırma / Manşet / Asiya TV

  • Yeni Azərbaycan Partiyasının 77 saylı Astara seçki dairəsindən deputatlığa namizədi Rəşad Mahmudov seçicilərlə növbəti görüşünü rayonun Kijəbə qəsəbəsində keçirib.

    Asiya.az xəbər verir ki, məşhur cərrahın Kijəbə qəsəbəsindəki görüşündə əsl izdiham yaşanıb. Tədbiri giriş sözü ilə açan Rəşad Mahmudovun vəkili seçicilərə namizədin keçdiyi həyat yolu, həkim və millət vəkili kimi göstərdiyi fəaliyyəti barədə ətraflı məlumat verdi.

    Sonra namizəd haqqında təşviqat xarakterli video çarx nümayiş edildi.

    Seçicilərin qarşısında çıxış edən deputatlığa namizəd R.Mahmudov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verdi.

    "Ölkəmizin inkişafına təkan verən uzunmüddətli islahatlar proqramı Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan inam və etibarının daha da möhkəmlənməsinə yol açıb. Xalqımız dəyişiklikləri, sosial rifahının yüksəlməsini öz həyatında hiss edir” deyən Rəşad Mahmudov Millət vəkili olduğu 4 ildə Astara rayonu, eləcədə Azərbaycan səhiyyəsinin inkifafı üçün gördüyü işlərdən və əgər yenidən seçicilər etimad göstərib onu seçərlərsə gələcəkdə görəcəyi işlər haqqında geniş məluat verdi. O növbəti illər ərzində Astarada turizim sahəsinin inkişaf etdirilməsinə köməklik göstərəcəyini, bu sahədə püxtələşmiş xarici investorların rayona cəlb etmək yönündə çalışacağını bildirdi.

    Deputatlığa namizəd daha sonra kəndin seçicilərinin fevralın 9-da keçiriləcək parlament seçkilərində fəallıq göstərəcəyinə əminliyini diqqətə çatdırıb.

    Çıxışın sonunda YAP-ın deputatlığa namizədi Rəşad Mahmudov görüşə gələn hər bir seçiciyə minnətdarlığını bildirdi.

    Çıxış edən qəsəbə ağsaqqalı Əməkdar çay ustası Nəsrəddin Teymurov, elm xadimi Elnur Sultanov, Şairə Sakitə xanım və digər seçicilər müstəqil Azərbaycanın daha da qüdrətlənməsi naminə 77 saylı Astara seçki dairəsindən YAP-ın deputatlığa namizədinə səs verəcəklərini dilə gətiriblər və seçkilərdə R.Mahmudova uğurlar arzulayıblar.

    Cəfər Cəfərov
    Asiya.az



    Rəşad Mahmudov Kijəbə qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR
    Rəşad Mahmudov Kijəbə qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR
    Rəşad Mahmudov Kijəbə qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR
    Rəşad Mahmudov Kijəbə qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR
    Rəşad Mahmudov Kijəbə qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR
    Rəşad Mahmudov Kijəbə qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR
    Rəşad Mahmudov Kijəbə qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR
    Rəşad Mahmudov Kijəbə qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR
    Rəşad Mahmudov Kijəbə qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər