Adil Qeybulla: “İsgəndər Həmidov təcili əməliyyat olunmalıdır”

Adil Qeybulla: “İsgəndər Həmidov təcili əməliyyat olunmalıdır”
  • Cəmiyyət

  • "İsgəndər Həmidov təcili əməliyyat olunmalıdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında tibbi-ekspert Adil Qeybulla sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətindən danışarkən deyib. Onun sözlərinə görə, İsgəndər Həmidovun Türkiyəyə aparılması üçün danışıqlar aparılır:

    "Hazırda komada və həkimlərin nəzarəti altındadır. Səhhətində həddindən artıq narahatlıq var. Danışıqlar nəticə versə, Türkiyəyə aparılacaq”.

    Qeyd edək ki, sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib. O, Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər