Xızının icra başçısı yeznəsinə görə işdən çıxarılır

Xızının icra başçısı yeznəsinə görə işdən çıxarılır
  • Araşdırma / Cəmiyyət / Manşet

  • Xızı rayonunun icra başçısı Xəzər Aslanov bu gün təcili olaraq Bakıya çağırılıb.

    Asiya.az jamaz.info-ya istinadən xəbər verir ki, bu barədə rayondakı mənbələr məlumat veriblər.

    Aslanovun təcili çağırılmasının səbəbi tam məlum olmasa da, bunu onun qohumu ilə əlaqədar ola biləcəyi güman edilir. Belə ki, Xızının icra başçısı dünən DTX-nın keçirdiyi əməliyyat nəticəsində saxlanıldığı deyilən Neftçalanın icra başçısı İsmayıl Vəliyevin qaynıdır. Mənbə hesab edir ki, dünənki olaydan sonra Xəzər Aslanovun təcili Bakıya çağırılması yalnız bununla əlaqədar ola bilər.

    Verilən digər məlumatlarda deyilir ki, Xəzər Aslanovun Bakıya çağırılması onun işdən çıxarılması ilə əlaqədardır. Çünki onun həmin vəzifəyə gətirilməsində əsas elə İsmayıl Vəliyevin rolu olub. Ona görə də, kürəkəni saxlayıb, qayını iş başında qalmasına icazə verilməycək.

    Məsələ ilə bağlı Xızı İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dərc etməyə hazırıq.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər