Azarkeşlər Ali Koçu təhqir etdi, prezident onların üstünə tullandı - VİDEO

Azarkeşlər Ali Koçu təhqir etdi, prezident onların üstünə tullandı - VİDEO
  • İdman / Asiya TV

  • Fənərbaxça" 20 il sonra öz meydanında "Qalatasaray”a məğlub olub.

    Asiya.az xəbər verir ki, İstanbul derbisində "Fənərbaxça"nın məğlub olmasından sonra da stadionda dava düşüb. Matçboyu baş məşqçi Ərsun Yanala istefa təzahüratları söyləyən azarkeşlər matçdan sonra da susmayıb. Derbinin son dəqiqələrində 3-cü qolu buraxan "Fənərbaxça", məğlubiyyətdən yaxa qurtara bilməyincə, azarkeşler klubun prezidenti Ali Koçla mübahisə etməyə başlayıblar.

    Əsəblərinə hakim ola bilməyən prezident fəxri tribunadan azarkeşlərin oldugu platformaya enib. Burada Ali Koça azarkeşlər təhqir və söyüşlər ünvanlayıb. Hətta azarkeşlərin klubun prezidentini vurduğu də deyilir.

    Həmin görüntüləri sizə təqdim edirik:

    PAYLAŞ:

    Oxşar xəbərlər