Bakıda gəlindən qayınanasına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT

Bakıda gəlindən qayınanasına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT
  • Hadisə

  • Bakıda qayınanasını qətlə yetirməkdə təqsirli bilinən Mədinə Qreçnevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Asiya.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İş araşdırılması üçün hakim Rasim Sadıqovun icraatına verilib.

    Məhkəmənin hazırlıq iclası martın 2-nə təyin edilib.

    Qey edək ki, hadisə ötən il paytaxtın Xətai rayonu Lütfüzadə küçəsi 3, mənzil 91 ünvanında baş verib.

    70 yaşlı Valentina Qreçnevanın oğlu işdən evə qayıdarkən anasının qan içində olduğunu görüb.


    Ailənin gəlini Mədinə Qreçnevanın evdə olmaması polisdə onun öldürərək qaçması şübhəsini yardıb.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, şübhəli şəxs saxlanılıb.

    Mədinə Qreçneva cinayəti törətdiyini etiraf edib. O, hadisə baş verməzdən əvvəl qayınanası ilə mübahisə etdiyini vurğulayıb.

    Münaqişəsi zəminində gəlin qayınanasını başına butulka ilə vuraraq öldürüb.

    İstintaq orqanı tərəfindən Mədinə Qreçnevanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər