Prezident Aparatında müxalifət liderləri ilə görüş keçirilir

Prezident Aparatında müxalifət liderləri ilə görüş keçirilir
  • Siyasət / Manşet

  • Artıq iki gündür Prezident Admnistrasiyasının rəsmiləri ölkə müxalifətinin rəhbərləri ilə görüşlərə başlayıblar.

    Asiya.az xəbər verir ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynlə görüşüb.

    Bu gün isə REAL Partiyasının rəhbəri İlqar Məmmədovla da görüş olub. İ.Məmmədov bildirib ki, görüş PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti əsasında baş tutub: "Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə ReAL sədri olaraq görüşdüm, söhbət etdik. Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq".

    Bu gün həmçinin Müsavat Partiyasının başqanı Arif Hacılıya da görüş üçün müraciət ediblər. O bildirib ki, görüşə razılıq verib. “Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim".

    O qeyd edib ki, həmin görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər